Gümüş medalın sahibi: Ümidləri doğrultmuşam
Bizi izləyin

İdman

Gümüş medalın sahibi: Ümidləri doğrultmuşam

Təbii ki, qızıl medalın sevinci başqadır. Amma gümüş medal qazanmağım da göstərir ki, demək olar ki, ümidləri doğrultmuşam.

Publika.az-ın məlumatına görə, bunu I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin yarışında gümüş medal qazanmış Azərbaycan təmsilçisi Rafiq Hüseynov deyib.

Onun sözlərinə görə, son 8 ay ərzində Avropa Oyunlarına hazırlaşıb və bu səbəbdən ailə üzvlərini demək olar ki, görməyib. Ona görə də Avropa Oyunlarının mükafatçısı çox danışmadan körpə oğlunu qucağına alaraq sevincini ailəsi ilə bölüşməyə tələsib.

Qeyd edək ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov yalnız final qarşılaşmasında Rusiya güləşçisinə məğlub olaraq 2-ci yerin sahibi olub. Finaladək isə güləşçimiz bütün rəqibləri üzərində vaxtından əvvəl tam qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm