"Neftçi"nin keçmiş futbolçusu meydanda öldü
Bizi izləyin

İdman

"Neftçi"nin keçmiş futbolçusu meydanda öldü

Futbol üzrə Malayziya çempionatında ölüm hadisəsi baş verib.

Publika.az xəbər verir ki, “T-Team” klubunun Nigeriyalı müdafiəçisi David Oniya qarşılaşma zamanı meydanda vəfat edib.Hadisə “Keltan” klubu ilə matçın üçüncü dəqiqəsində baş verib. Qəfildən huşunu itirərək yerə yıxılan müdafiəçi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, 30 yaşlı futbolçu bir müddət Azərbaycan çempionatında da çıxış edib. 2004-2007-ci illərdə “Neftçi”nin tərkibində 74 oyun keçirən futbolçu 2 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm