• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şahzadə Avropa Oyunlarının açılış mərasiminə heyran qalıb

  • İdman
  • 14 İyun 2015 18:21
  • 555 Baxış
Şahzadə Avropa Oyunlarının açılış mərasiminə heyran qalıb

Bakıda I Avropa Oyunlarının açılış mərasimi çox gözəl və sadəcə mükəmməl idi. Publika.az-ın məlumatına görə, bunu Trend-ə müsahibəsində Monako Şahzadəsi II Albert deyib.

Onun sözlərinə görə, mərasim Azərbaycan mədəniyyəti və ruhunu nümayiş etdirdi: "Biz gözəl şou gözləyirdik, lakin mərasim bütün gözləntiləri üstələdi. Mərasim hamını birləşdirdi".

Avropanın Oyunları siyasiləşdirməyə cəhd etməsi məsələsini şərh edən II Albert əlavə edib ki, dünya mətbuatı diqqəti yanlış yerə yönəltmək və dünyada mövcud olan ciddi problemləri unudaraq qəribə cür işləyir: "Bu ədalətsizdir. Əminəm ki, Azərbaycan ölkədə vəziyyətin reallıqda tamamilə başqa cür olduğunu sübut edə bilər. Bakı gözəl şəhərdir, burada çox gözəl İçərişəhər, xeyli sayda möhtəşəm qurğular və binalar var. Bakı, həmçinin keçmişi və gələcəyi ilə heyrətləndirən müasir şəhərdir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR