Metehan Başar: "Azərbaycanlıların dəstəyi erməni güləşçisinə qalib gəlməyimə kömək oldu"
Bizi izləyin

İdman

Metehan Başar: "Azərbaycanlıların dəstəyi erməni güləşçisinə qalib gəlməyimə kömək oldu"

"Bürünc medal uğrunda görüşə erməni idmançısı ilə çıxmışdım. Ona qalib gələcəyimi bilirdim. Bunda azərbaycanlı qardaşlarımızın dəstəyinə də güvənirdim. Azərbaycanlıların dəstəyi mənə erməni güləşçisinə qalib gəlməkdə kömək oldu".

Trend xəbər verir ki, bunu Bakı 2015 birinci Avropa Oyunlarına yunan-Roma güləşi yarışlarında 85 kq çəki dərəcəsində 3-cü yeri tutmuş Türkiyə təmsilçisi Metehan Başar belə deyib.

İlk Avropa Oyunlarının bürünc mükafatçısının sözlərinə görə, azərbaycanlıların burada ona dəstəyi möhtəşəm olub: "Burada güləşi çox sevirlər, ab-hava da çox gözəldir. Onların mənə dəstək olması qələbə qazanmağımda çox kömək oldu. Erməni güləşçisi ilə görüşə çıxmazdan öncə dəstəklənəcəyimi bilirdim. Buna görə də daha çox həvəsləndim. Bu da qarşılaşmaya təsir etdi və nəticədə qalib gəldim".

Qeyd edək ki, M.Başar 3-cü yer uğrunda qarşılaşmada Ermənistan güləşçisi Maksim Manukyan məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm