Blatter istefa vermək fikrindən daşınıb
Bizi izləyin

İdman

Blatter istefa vermək fikrindən daşınıb

Blatter FIFA prezidentliyinə növbədənkənar seçkilərdə namizədliyini irəli sürəcəyini istisna etmir.

Pubılika.az-ın məlumatına görə, bu barədə BBC-ə onun çevrəsindəki mənbə xəbər verib. Mənbənin verdiyi məlumata əsasən, uyğun namizəd tapılmadığı halda Blatter FİFA konqresi nümayəndələrinə yenidən özünün seçilməsi təşəbbüsünü təklif edə bilər.

"Heç bir variantı istisna etmək olmaz", mənbə vurğulayıb.

Yaxın günlərdə FİFA prezidenti bir sıra görüşlər keçirmək niyyətindədir.

Həmin görüşlər gedişində Sepp Blatter onun bu qurum tərəfindən kifayət qədər dəstəklənməsinin dərəcəsini dəyərləndirməlidir.

Həmin görüşlərin nəticəsindən asılı olaraq Blatter bu təşkilatın korrupsiya qalmaqalı ilə üzləşdiyinə baxmayaraq FİFA prezidentliyində qalıb-qalmayacağı məsələsinə aydınlıq gətirməlidir.

Qeyd edək ki, iyunun 2-də 79 yaşlı isveçrəli FİFA konqresi tərəfindən bu təşkilatın prezidenti vəzifəsinə beşinci müddətə seçildikdən cəmi 2 gün sonravəzifəsindən gedəcəyini bəyan edib.

Növbədənkənar seçkilərin bu ilin dekabrın ortalarında keçiriləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm