II Avropa Oyunları Türkiyədə keçirilə bilər (YENİLƏNİB)- RƏSMİ
Bizi izləyin

İdman

II Avropa Oyunları Türkiyədə keçirilə bilər (YENİLƏNİB)- RƏSMİ

Türkiyə 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi edə bilər.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiyada Komitəsinin sədr müavini Hasan Arat bildirib.

Hasan Arat Türkiyənin Avropa Oyunlarını ən aşağı xərclə keçirə biləcəyini söyləyib. Türkiyə Milli Olimpiyada Komitəsinin sədr müavini xatırladıb ki, Avropa Olimpiya Komitəsinin bir ay əvvəl Antalyada keçirilən toplantısında Hollandiya Olimpiya Komitəsi növbəti Avropa Oyunlarına ev sahibliyi etməyi qəbul edib. “Ancaq daha sonra bu qərar parlament tərəfindən etirazla qarşılandığı üçün Avropa Oyunlarından imtina ediblər. İndi başqa namizəd ölkələr var, onlarla danışıqlar aparılır”, - Hasan Arat deyib.

O, Avropa Olimpiya Komitəsinin də bu məsələyə müsbət baxacağına ümidvar olduğunu dilə gətirib: “Avropa Oyunlarının Türkiyədə keçirilməsi üçün yalnız İstanbulda deyil, Mersin və Antalyada da hazır təsisatlarımız var. Türkiyə Avropa Oyunlarını ən aşağı xərclə keçirə bilər. Burada qərar verənlər siyasətçilərdir. Fikrimcə, Türkiyə namizəd olsa, Avropa Olimpiya Komitəsi buna çox müsbət baxar”.

O, Azərbaycanın paytaxtı Bakının ev sahibliyi etdiyi I Avropa Oyunlarında da bu ana qədər hər şeyin mükəmməl olduğunu dilə gətirib. Hasan Arat Avropa Oyunlarının açılış mərasimində də iki önəmli hadisənin baş verdiyini dilə gətirib: “Birincisi, Ermənistan idmançıları minlərlə azərbaycanlı tamaşaçı qarşısından getməyə cəsarət etdi. İkincisi, isə türk idmançılar tamaşaçılardan inanılmaz bir sevgi gördü”.

Xatırladaq ki, Hollandiya 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarına ev sahibliyini qəbul etsə də, işə parlamentin qarışmasından sonra bundan imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm