“Qarabağ” mərakeşli futbolçuyla gücləndi
Bizi izləyin

İdman

“Qarabağ” mərakeşli futbolçuyla gücləndi

"Qarabağ" yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb.

Publika.az xəbər verir ki, "Köhlən atlar" Fransa Liqa 1 təmsilçisi "Lans"da forma geyinən Alharbi El Jadeyaouinin keçidini həll edib.

29 yaşlı əlcəzair əsilli futbolçu vinger mövqeyində oynayır. O, yarımmüdafiənin hər iki cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbi son mövsümü yaxşı keçirib. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb. Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisinə də çağrılıb.

Bu gün futbolçuyla iki illik müqavilə bağlanılıb. Alharbi Ağdam təmsilçisində 10 nömrəli futbolkanı daşıyacaq. Müqavilə bağladıqdan sonra Fransa vətəndaşı olan vinger klubun rəsmi saytına öz təəssüratlarını bildirib:

"Bilirəm ki, "Qarabağ" iddiaları olan klubdur. Ötən mövsüm Avroliqada "Qarabağ"ın "Sent-Etyen" və "İnter"lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm