Ali məktəb tələbələrinin Respublika çempionatı keçirilir
Bizi izləyin

İdman

Ali məktəb tələbələrinin Respublika çempionatı keçirilir

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmış təqvim planına əsasən müvafiq olaraq “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının tə

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmış təqvim planına əsasən müvafiq olaraq “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri Respublika çempionatı keçirilir.

Çempionatda ilk olaraq şahmat idman növü üzrə oyunlar keçirilib. Yasamal Şahmat-Dama İdman Klubunda keçirilən yarışmaya 14 komanda qoşulub. Onlardan 1-ci yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Bakı Dövlət Universitetinin tələbələri layiq görülüblər. Qafqaz Universiteti komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti və Milli Aviasiya Akademiyası komandası isə 3-cü olublar.

Universiadanın əsasnaməsində göstərildiyi kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman təhsil ocağı və idmançıların peşəkar olduğunu nəzərə alaraq, qalib gəldiyi halda 2, 3, 4 yerləri tutan komandalara müvafiq olaraq ilk 3 yerlər verilir. Beləliklə, final mərhələsində iki 1-ci yer verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm