• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Qadın çimərlik voleybolçularımız mübarizəyə qoşulublar - FOTO

  • İdman
  • 17 İyun 2015 00:02
  • 549 Baxış
Qadın çimərlik voleybolçularımız mübarizəyə qoşulublar - FOTO

İyunun 16-da “Bakı-2015” birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarına start verilib.

Avropa Oyunları Parkında təşkil olunan yarışda Azərbaycanın iki qadın cütlüyü mübarizə aparıb. Belə ki, Yuliya Kərimova - Rakel Ferreira Polşanı təmsil edən Katarjina Koçiolek - Dorota Straq cütlüyünə, Vivian Cunha/Zinaida Lyubimova isə danimarkalı Yeva Banq/Sisilie Olsen duetinə 2:0 hesabı ilə qalib gəlib.

Yuliya Kərimova və Rakel Ferreira ikinci görüşünü də qələbə ilə başa vurublar. Voleybolçularımız ukraynalı Darya Udavenko - Yelizaveta Sulimaya duetinə 2:0 hesabı ilə qalib gəliblər. Vivian Cunha/Zinaida Lyubimova isə Avstriya təmsilçisi Lena Maria Plesiutscinq – Katarina Şutzenhofer cütlüyünə 0:2 hesabı ilə məğlub olub.

Yarışın final mərhələsi iyunun 20-də təşkil olunacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>