TFF-dən “aslanlar”a 50 minlik cəza
Bizi izləyin

İdman

TFF-dən “aslanlar”a 50 minlik cəza

TFF-dən “aslanlar”a 50 minlik cəza

Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”a cəza kəsib.

Publika.Az xəbər verir ki, Super Liqanın 23-cü turunda “sarı-qırmızı”lı komanda “Rizəspor”u (1:1) qəbul etmişdi.

Həmin matçda qonaq komandanın azarkeşləri xoşagəlməz şüarlar səsləndirdiyi üçün İstanbul təmsilçisi 150 min türk lirəsi (54min dollar) cərimə ödəməli olacaq.

“Rizəspor” isə 80 min türk lirəsi (29 min) ilə cəzalandırılıb.

Əgər “Qalatasaray” eyni hərəkətə görə yenidən cəzalandırılarsa, “Cim-Bom” bir görüşü azarkeşsiz oynamaq məcburiyyətində qalacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm