Məşhur aparıcı ayda 40 min dollar qazanacaq
Bizi izləyin

İdman

Məşhur aparıcı ayda 40 min dollar qazanacaq

Məşhur aparıcı ayda 40 min dollar qazanacaq

Türkiyənin məşhur xəbər aparıcısı Ali Kırca futbol dünyasına keçid alıb.

Publika.Az xəbər verir ki, Ali Kırca "Qalatasaray"ın mətbuatla əlaqələr departamentinə rəis postuna əyləşib. Həmçinin GS-tv də Ali Kırcanın nəzarəti altında olacaq.

Məşhur aparıcının yeni iş yerindən alacağı əmək haqqının miqdarının 40 min dollar olacağı iddia edilir. Lakin məbləğin bu qədər olması hələ təsdiqini tapmayıb.

“Qalatasaray” heyəti bu məbləğin şayiə olduğunu bildirib.

Məlumat üçü bildirək ki, Ali Kırca Türkiyə kanallarında xəbər buraxılışlarının və “Siyasət meydanı” proqramının aparıcısı olub.

O, Türkiyədə Show TV, Kanal D, Star TV kimi kanallarda çalışıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm