Toğrul Əsgərov: "Qələbəni ilk növbədə dövlətimə həsr edirəm"
Bizi izləyin

İdman

Toğrul Əsgərov: "Qələbəni ilk növbədə dövlətimə həsr edirəm"

Qazandığım bu qələbəni ilk növbədə dövlətimə həsr edirəm.

Publika.az-ın məlumatına görə, bunu Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində qızıl medal qazanan Azəbaycan güləşçisi Toğrul Əsgərov deyib.

Olimpiya çempionumuz qeyd edib ki, onun üçün London Olimpiadasından sonra Avropa Oyunlarına qədər ötən dövr çətin keçib: "Həqiqətən də mənim üçün çox çətin oldu. Avropa və dünya çempionatı 2 ildən artıqdır ki, mənim üçün uğursuz olub. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, birinci Avropa Oyunlarında qızıl medal qazanım. Şükürlər olsun ki, bunu əldə etdim".

T.Əsgərovun sözlərinə görə, o, rəqiblərini demək olar ki, hamısını tanıyıb: "Əsas odur ki, kim güclü idisə, o da qalib oldu. Lakin finalda görüşdüyüm italiyalı rəqibi ilə ilk dəfə idi ki, görüşürdüm".

Son zamanlar onu uğursuzluq zolağına düşməkdə ittiham edənlərini fikirlərini normal qəbul etdiyini deyib: "Bu, həmişə belə olub. İstər-istəməz uduzanda reaksiya başqa olur, udanda başqa. idmançılara arzu edurəm ki, həmişə qələbə qazansınlar, üzlərində qələbə sevinci olsun".

Avropa Oyunlarının qızıl medalçısı növbəri Olimpiya oyunları və dünya çempionatında da qalib gəlməyə qadir olduğunu deyib: "Buna qadirəm, potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim hələ yolum uzundur. İki il ardıcıl uğursuzluq oldu. Dizimdən əməliyyat oldum, 1 il döşəkdən kənar qaldım. Bir ildə özümü yenidən yığmaq çətin oldu. İndi hər şey yaxşıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm