Əfsanəvi basketbolçuya 17 milyon avro “atıblar”
Bizi izləyin

İdman

Əfsanəvi basketbolçuya 17 milyon avro “atıblar”

Əfsanəvi basketbolçu, MBA-nın beşqat çempionu Tim Dankan fırıldaqçılığa məruz qalıb.

Publika.az xəbər verir ki, Tim təxminən 17 milyon avro itirib. Ona fırıldaq gələn şəxs isə maliyyə məsələləri üzrə məsləhətçisi olub. Basketbolçu məsələyə belə münasibət bildirib:

"Xoşbəxtlikdən, mənim uzun karyeram olub və yaxşı pul qazanmışam. 17 milyon böyük itkidir, ancaq bu itki mənim həyatıma ciddi şəkildə təsir etməyəcək. Mən onlara inandım. Amma onlar mənim inamımdan sui-istifadə etdilər.

Siz özünüzə qəzəblənə bilməzsiz. Mən bunu həmişə xatırlayacam. Etiraf edim ki, kimlərəsə inanmaqda haqsız olmuşam. Ancaq bu hadisədən sonra dəli olmayacam. Sadəcə, bu, mənə dərs olacaq".

Tim Dankan 18 illik karyerası ərzində təxminən 200 milyon avro qazanc əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm