Futbola görə iki azyaşlı güllələndi
Bizi izləyin

İdman

Futbola görə iki azyaşlı güllələndi

Çilidə keçirilən Amerika kubokunda Kolumbiyanın Braziliyaya qalib gəlməsi bu ölkədə böyük coşqu ilə qeyd olunub.

Publika.az xəbər verir ki, küçələrə axışan kolumbiyalı azarkeşlər silahlardan da istifadə ediblər. Nəticədə bədbəxt hadisə baş verib. Evlərin birinin eyvanında dayanaraq baş verənləri müşahidə edən iki azyaşlı qız yaralanıb.

Kimliyi müəyyən edilməyən azarkeşin açdığı atəş nəticəsində 9 və 15 yaşlı qızlar güllə yarası alıb. Onlardan biri qarın nahiyəsindən, digəri isə kürəyindən yaralanıb.

Xoşbəxtlikdən, xəstəxanaya çatdırılan qızların həyatını xilas etmək mümkün olub. Polis oyundan sonra 900 dava-dalaş qeydə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm