UEFA "Polislər"i avrokuboklardan kənarlaşdırdı
Bizi izləyin

İdman

UEFA "Polislər"i avrokuboklardan kənarlaşdırdı

UEFA Rusiyanın "Dinamo" klubunu növbəti mövsüm üçün avrokuboklardan kənarlaşdırıb.

Publika.az xəbər verir ki, buna Moskva təmsilçisinin maliyyə "feyr-pley" qaydalarını pozması səbəb olub.

Klubda araşdırma aparan ali qurumun nümayəndələri "Dinamo"nun bir il müddətinə avrokuboklardan kənarlaşdırılması barədə qərar verib. Bu qərarın yaxın günlərdə UEFA tərəfindən rəsmən açıqlanacağı bildirilir. Rusiya klubunun məsələ ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Liqasında "Polislər"i ötən mövsüm Premyer Liqanı 5-ci pillədə başa vuran "Rubin" klubu əvəzləyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm