Bakı-2015: Boksçumuz 1/4 finalda - FOTO (YENİLƏNİR)
Bizi izləyin

İdman

Bakı-2015: Boksçumuz 1/4 finalda - FOTO (YENİLƏNİR)

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov da 1/8 finalda gürcü Mixail Baxtidze ilə üz-üzə gəlib. Məcidov da rəqibini 3:0 yenərək 1/4 finala vəsiqə qazanıb.

21:42

81 kq çəki dərəcəsində ötən gün inamlı qələbə qazanan Teymur Məmmədov 1/8 finalda polşalı Yordan Kulinski ilə görüşür. Teymur Məmmədov rəqibini 3-0 hesabı ilə məğlub etdi.

19:21

Bakı-2015 birinci Avropa Oyunlarında qadın boksçuların yarışında Azərbaycanı orta çəkidə (69-75 kq) təmsil edən Leyla Cavadova bu gün 1/8 finalda Rusiya idmançısı Yaroslava Yakuşina ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz əzmkar döyüş nümayiş etdirsə də, hakimlərin rəyinə əsasən rus boksçu qalib elan edilib.

Xatırladaq ki, bu gün Leyladan əvvəl rinqə rinqə ölkəmizi yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayeva çıxıb. Lakin o, 1/8 finalda polşalı rəqibi Sandra Drabikə məğlub olub.

Ondan fərqli olaraq kişi boksçularımızdan ilk olaraq rinqə çıxan Tayfur Əliyev isə yarımyüngül çəkidə (56 kq) 1/8 finalda Rumıniya boksçusu Nikolae Andreianaya qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, rinqə çıxacaq növbəti boksçumuz Azərbaycanı yarımağır çəkidə (81 kq) təmsil edən Teymur Məmmədov olacaq. Olimpiya, dünya və Avropa çempionatları mükafatçısının 1/8 finaldakı rəqibi Polşa idmançısı Yordan Kulinski olacaq. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Ondan dərhal sonra, saat 21:45-də rinqə Azərbaycanı superağır çəkidə (+91 kq) təmsil edən, Olimpya Oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. Onun rəqibi Gürcüstan boksçusu Mixeil Baxtidze olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm