"Azarkeşlərin dəstəyi məni daha da ruhlandırdı"
Bizi izləyin

İdman

"Azarkeşlərin dəstəyi məni daha da ruhlandırdı"

Zalda əyləşən azarkeşlərin dəstəyi məni daha da ruhlandırdı. Bu, rəqib üzərində qələbə qazanmaq üçün böyük stimul oldu. İnamla döyüşdüm və qalib gəldim.

Bu sözləri “Bakı-2015” ilk Avropa Oyunlarının səkkizdəbir final mərhələsində qələbə qazanan Azərbaycan boksçusu Tayfur Əliyev deyib.

56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz rəqibinə şans vermədiyini qeyd edərək deyib: “Rəqib gördü ki, qaşımdan zədə almışam. Ona görə istədi ki, hakimlərə təsir etsin. Belə hallar boksda tez-tez baş verir. Ancaq mən buna imkan vermədim. Rəqiblərimin çoxunu tanıyıram. Ən güclü rəqibim Fransa təmsilçisidir. Ancaq onu da “Böyük İpək Yolu” turnirində məğlub etmişəm".

Tayfur Əliyev yarışda bütün gücü ilə döyüşərək qızıl medal qazanmağa çalışacağını bildirərək qeyd edib: “İstəyirəm ki, qızıl medal qazanım və finalda da azarkeşlər məni belə dəstəkləsinlər. Azərbaycan güclü heyətlə çıxış edir və komandamızın bütün üzvlərindən medal gözləmək olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm