• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rumıniyalı boksçu milli mətbəximizə heyran olub

  • İdman
  • 20 İyun 2015 04:15
  • 337 Baxış
Rumıniyalı boksçu milli mətbəximizə heyran olub

Azərbaycan ilk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edir. Burada hər bir məsələ, xüsusilə idmançılar üçün yaradılan şərait incəliyinədək düşünülüb. Milli mətbəxinizi xüsusi qeyd etmək istərdim. Yeməkləriniz çox dadlıdır. Ümid edirəm ki, gələcəkdə də yeməklərinizi dadmaq üçün imkanım olacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində rumıniyalı boksçu Nikolae Andreiana deyib.

Rumıniya təmsilçisi "Bakı-2015" ilk Avropa Oyunlarının açılış mərasimindən də danışıb. O, qeyd edib ki, bir çox ölkələrdə olub, amma heç yerdə belə təmtəraqlı açılış mərasiminin şahidi olmayıb. Boksçu Oyunların sonadək belə maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR