• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezident ağlayan idmançımıza zəng edib təsəlli verdi - VİDEO

  • İdman
  • 19 İyun 2015 23:49
  • 1 849 Baxış
Prezident ağlayan idmançımıza zəng edib təsəlli verdi - VİDEO

Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir. Bu isə ona pis təsir edir və elə tatamidə ağlamağa başlayır. Prezident İlham Əliyev bu mənzərəni görür və həmin idmançıya zəng edərək ona ürək-dirək verir.

İdmançımız belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Ancaq döyüşdən sonrakı davranışı ilə bütün azarkeşlərin və tamaşaçıların diqqətini özünə cəlb edib.

Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da, Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.

Lakin gəncin kədəri çox çəkmir. Döyüşdən dərhal sonra onu həvəsləndirən bir hadisə baş verir. Prezident İlham Əliyev döyüşü zalda izləməsə də, Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR