Neymara ağır cəza
Bizi izləyin

İdman

Neymara ağır cəza

Futbol üzrə Braziliya milli komandasının futbolçusu Neymar Çilidə keçirilən Amerika Kubokunda 4 oyunluq diskvalifikasiya edilib.

Publika.az xəbər verir ki, 23 yaşlı forvard qrup mərhələsi çərçivəsində Kolumbiya ilə oyunun sonlarında rəqib futbolçu Karlos Bakka ilə dalaşdığı üçün meydandan qovulub.

Hakimin final fitindən sonra Neymar topu müdafiəçi Pablo Armeroya vurub, Bakka isə komanda yoldaşının müdafiəsinə qalxaraq Neymarı itələyib.

Neymar, həmçinin 10 min avro həcmində cərimə ödəməli olacaq. Kolumbiyalıların hücumçusu Karlos Bakka isə iki oyunluq yaşıl meydanlardan kənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm