“Dovşan”ın 14 illik Avropa macərası bitdi
Bizi izləyin

İdman

“Dovşan”ın 14 illik Avropa macərası bitdi

Son mövsümü İtaliyanın "Verona" klubunda keçirən Xavyer Saviola vətəni Argentinaya qayıdıb.

Publika.az xəbər verir ki, Argentina mətbuatı 33 yaşlı futbolçunun bundan sonra peşəkar karyerasını başladığı "River Pleyt"də forma geyinəcəyini yazıb.

"Dovşan" "Ağ-qırmızılar"ın heyətində 2001-ci ilə kimi top qovub. Bundan sonra Avropa macərasına başlayan hücumçu, son 14 ildə "Barselona", "Monako", "Sevilya", "Real", "Benfika", "Malaqa", "Olimpiakos" və "Verona"nın uğurları üçün çalışıb.

Saviola "Verona"nın heyətində son mövsümdə meydana çıxdığı 16 oyunda 2 dəfə rəqib qapılara yol tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm