"Milliyə yaxşı futbolçular cəlb etməyə çalışıram"
Bizi izləyin

İdman

"Milliyə yaxşı futbolçular cəlb etməyə çalışıram"

"Xorvatiya yığmasına Bakıda asan olmayacaq. Azərbaycan yığması artıq başqa komandadı, indi tam fərqli oyun sərgiləyir. Əlbəttə, hamımız başa düşürük və bilirik ki, Xorvatiya favoritdi. Amma yenə də deyirəm ki, onlara asan olmayacaq".

Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiya mətbuatına danışan mütəхəssis Azərbaycan və Xorvatiya çempionatlarını müqayisə edib: "Azərbaycan Premyer Liqası demək olar ki, Xorvatiya çempionatı ilə eyni səviyyədədi. İnfrastruktur çox yaxşıdı. Mənim üçün yığma ilə AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq çox əla ssenari ola bilər. Çünki qitə birinciliyinin dörd oyunu məhz Bakıda keçiriləcək".

Prosineçki Azərbaycandakı həyatından da söz açıb: "Bakıda ailəmlə birgə yaşayıram. Yerli çempionatın oyunlarına gedirəm. Milliyə ən yaxşı futbolçuları cəlb etməyə çalışıram. Komandada əla atmosfer yaratmağa nail olmuşuq. Azarkeşlər yenidən yığmaya inanmağa başlayıblar. Təbii ki, onlar komandanın seçmə mərhələyə ardıcıl dörd məğlubiyyətlə başlayacağını gözləmirdilər. Məhz bu məğlubiyyətlərdən sonra komandaya inam azalmışdı. Son oyunlarda sərgilədiyimiz futbol və qazandığımız nəticələrlə bu inamı yenidən artırmağa nail olmuşuq".

Xorvat mütəхəssis Bakını tərifləyib: "Bakı möcüzəli, müasir şəhərdi, insanları çox gözəldi. Burada yeni tikililər çofxdu. Bu da yerli infrastrukturu yaxşılaşdırmaq üçün çoxlu investisiyanın yatırılmasından xəbər verir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm