Jorj Gelzek: "Ölkənizin təşkilatçılığı mükəmməldir"
Bizi izləyin

İdman

Jorj Gelzek: "Ölkənizin təşkilatçılığı mükəmməldir"

Avropa Gimnastika Federasiyasının prezidenti Jorj Gelzek jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, J.Gelzek Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarının təşkilati işlərindən razılığını ifadə edib.

Federasiya prezidenti gələcəkdə gimnastikanın bütün növləri üzrə dünya səviyyəli yarışların paytaxtımızda keçirilməsinin mümkün ola biləcəyini önə çəkib.

Cənab J.Gelzek gimnastlarımıza uğur arzulamağı da unutmayıb.

Sonda qurum rəsmisi media nümayəndələrinin suallarını cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm