İdman
Almaniya millimizə yaxınlaşır - SİYAHI
Bakı-2015 I Avropa Oyunlarının 10-cu günündə 13 idman növü üzrə yarışlar keçirilib. Bu gün 25 dəst medal oynanılıb.
Publika.az xəbər verir ki, medal
siyahısında Rusiya birincidir. Şimal qonşumuzun aktivində 40 qızıl,
23 gümüş, 14 bürünc var. Siyahıda 2-ci olan Azərbaycan 14 qızıl, 7
gümüş, 14 bürüncə sahibdir. İlk üçlükdə yerini möhkəmləndirən
almanların isə hesabında 10 qızıl, 9 gümüş, 12 bürünc medal
var.
21 iyun
Atletika:
Kişilər arasında 1500 m məsafəyə qaçışın qalibi həmyerlimiz Hayle İbrahimov olub. O 3:49.69 saniyə nəticə ilə I Avropa Oyunlarının qızıl mükafatını qazanıb. Qadınlar arasında 3000 m maneəli qaçış üzrə qalib Azərbaycan idmançısı Beji Çaltu olub. Çaltu Avropa Oyunlarının qızıl mükafatına yiyələnib.
Gimnastika:
Həmyerlimiz İlya Qrişunin 58,765 xalla bürünc medal qazanıb. Marina Durunda isə 18,200 xal toplamaqla gümüş medala sahib çıxıb.
20 iyun
Gimnastika:
Təmsilçimiz Oleq Stepko 1 qızıl, 2 gümüş, 2 bürünc qazanıb. Stepko
bir günə 5 medal qazanmaqla I Avropa Oyunlarının tarixinə
keçib.
19 iyun
Taekvondo:
+80 kq çəkidə I Avropa Oyunlarının qalibi təmsilçimiz Radik İsayev
olub.
18 iyun
Gimnastika:
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarının gümüş
mükafatına layiq görülüb.
Güləş:
Güləş yarışlarının son günündə Camaləddin Maqomedov, Ruslan
Dibirhacıyev və Hacı Əliyev öz çəki dərəcələrində bürünc medal əldə
ediblər.
Taekvondo:
Kişilər arasında 80 kq çəki dərəcəsində
təmsilçimiz Milad Beygi Harçeqani qızıl, qadınlar arasında 67 kq
çəki dərəcəsində Fəridə Əzizova gümüş medal qazandı.
17 iyun
Güləş:
65 kq çəki dərəcəsində Toğrul Əsgərov, 97 kq çəki dərəcəsində
təmsilçimiz Xetaq Qazyumov qızıl medal qazanıb. Digər güləşçimiz 74
kq çəki dərəcəsində Cəbrayıl Həsənov isə bürünc medala
yiyələnib.
Taekvando:
68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə
taekvandoçularımızın 1-ci qızıl medalına sahib çıxıb.
16 iyun
Güləş:
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan qızıl medal qazanıb.
Avarçəkmə:
Təmsilçimiz Valentin Demyanenko Avropa
Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr
məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.
Taekvando:
Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal
qazanıb.
15 iyun
Güləş:
Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki dərəcəsində
çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun komanda yoldaşı
55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal
əldə edə bilib.
Gimnastika:
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc
medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan
ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri tutub.
14 iyun
Güləş:
Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti
ikinci, Həsən Əliyev üçüncü yeri tutub.
Karate:
Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska
qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.
Triatlon:
Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını
artırıb. O bürünc medalla kifayətlənməli olub.
13 iyun
Karate:
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə
qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.
***
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini
4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.
***
Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə
Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub
edərək bürünc medalın sahibi olub.
***
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1
hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Güləş:
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1
hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş
medal qazanıb.
***
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub
olub və komanda aktivinə medal yazdıra bilməyib.
***
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc
medal əldə edib.
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu