Bankirin klublarının adları dəyişdirilir - SƏBƏB
Bizi izləyin

İdman

Bankirin klublarının adları dəyişdirilir - SƏBƏB

“Simurq”un adının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir.

Axar.az xəbər verir ki, sabiq bankir Cahangir Hacıyevin Zaqataladakı klubunun 22 milyon dollar borcu var və böhranlı komandaya sponsorluq etmək istəyən yoxdur. Eyni proses keçmiş bankirin “İnter” komandasında da yaranıb. Paytaxt komandasının adı dəyişdirilə bilər. Klubun ayağında 38 milyon dollar borc var. Rekord.az yazıb ki, "İnter"in ev oyunlarını keçirdiyi "İnter Arena" da artıq Beynəlxalq Bankın sərəncamındadır. AFFA isə “Turan”ın borclarını “Turan T” adı ilə sildiyi kimi, indi də "Simurq" və "İnter"in adını dəyişərək klubları bu borclardan xilas edə bilər. Məlumatda qeyd olunur ki, bu istiqamətdə danışıqlar gedir və komandanın adının dəyişməsi istisna deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm