Papa ilə Atalar günü və ya moda dünyasını nokauta salan FOTOLAR
Bizi izləyin

İdman

Papa ilə Atalar günü və ya moda dünyasını nokauta salan FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

1. Luis Suares - Uruqvay millisinin hücumçusu cəzalı olduğuna görə, Amerika kubokunda komandasına kömək edə bilmir. Ancaq Suares Uruqvaya televizor qarşısından da olsa, azarkeşlik etməyi unutmur.

2. Felipe Anderson - Heç vaxt təşəkkür etməyi yaddan çıxartma.

3. Devid Bekhem - Atalar günü yaxışıdır. Xüsusən də onu qeyd etmək üçün səbəb varsa...

4. Aleksandr Kerjakov - Bura haradı, alə? Suyu burax gəlsin...

5. Kriştiano Ronaldo - Atalar gününü qeyd edərkən.

6. Halk - “Zenit”in braziliyalısı inanılmaz fiziki gücün mənbəyini göstərir.

7. Aleks Sonq - Moda dünyasını nokauta belə göndərərlər.

8. Klaudio Markizio - Atalar gününü Papa ilə qeyd edərkən.

9. Mario Mancukiç - Mario Turinə qonaq gedir. Təsadüfdür? Belə düşünmürük. Təzə xəbərləri gözləyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm