Özümü ilk dəfə sevən oğlan kimi hiss edirəm - “Yekədiş”in yeni sevgilisiylə FOTOLARI
Bizi izləyin

İdman

Özümü ilk dəfə sevən oğlan kimi hiss edirəm - “Yekədiş”in yeni sevgilisiylə FOTOLARI

Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldo özünə yeni sevgili tapıb.

Publika.az xəbər verir ki, “Yekədiş” ləqəbli futbolçu 2012-ci ildən Paulo Moraislə birgə idi. Ancaq bu ilin yanvar ayında cütlük ayrıldı. Ronaldo bildirdi ki, ayrılığa Paulonun həddindən artıq qısqanc olması səbəb olub.

Ancaq bu ayrılıqdan çox keçməmiş Ronaldonun 24 yaşlı model Selino Lokla sevgi romanı başladı. Braziliyalı jurnalistlər dərhal onların birgə şəkillərini əldə etdilər. Ronaldo məsələyə belə münasibət bildirib:

“Onunla özümü ilk dəfə sevən oğlan kimi hiss edirəm”.

Cütlük altı ayın içində Mayamidə basketbol oyununa tamaşa ediblər, “Yekədiş”in ərəb dostunun dəvətilə Parisdə “Rolan Qarros”un finalına baxıblar. “Yekədiş”in yeni sevgilisi ilə şəkillərini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm