Fabi Hambuçen: "Mən Bakıda Olimpiya atmosferi hiss etdim"
Bizi izləyin

İdman

Fabi Hambuçen: "Mən Bakıda Olimpiya atmosferi hiss etdim"

Birinci Avropa Oyunları həqiqətən də Olimpiya Oyunlarına çox bənzəyir. Mən Bakıda Olimpiya atmosferini hiss etdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Oyunlarında Almaniya nümayəndə heyətinin idman gimnastikası üzrə atleti Fabi Hambuçen deyib.

Almaniyanın qılıncoynatma üzrə Olimpiya çempionu Britta Heidemann da birinci Avropa Oyunlarının təşkilatçılığını yüksək qiymətləndirərək deyib: “Bakıda keçirilən Avropa Oyunları 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Olimpiya Oyunları üçün yaxşı motivasiyadır. Burada qalib gəlmək və Olimpiya Oyunlarına qədər formada qalmaq istəyirəm”.

Məqalənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm