• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident sambo yarışlarını izlədi - VİDEO

  • İdman
  • 23 İyun 2015 00:02
  • 4 037 Baxış
Prezident sambo yarışlarını izlədi - VİDEO

Birinci Avropa Oyunlarının on birinci günü də idmançılarımız üçün uğurlu olub. İyunun 22-də Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 8 dəst medal uğrunda mübarizə aparılıb.

Həm kişilər, həm də qadınlar 4 çəki dərəcəsində qüvvələrini sınayıblar. Azərbaycan bu yarışlara 8 samboçu ilə qatılıb. Samboçularımız müvəffəqiyyətlə çıxış ediblər. Azərbaycan samboçuları Nəzakət Xəlilova, İslam Qasımov, Amil Qasımov və Vasif Səfərbəyov gümüş medallar qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə və ailə üzvləri yarışların gedişini izləyiblər.

Qadınların yarışında 52 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz Nəzakət Xəlilova dörddəbir finalda rumıniyalı Kodrina İoneskunu 4:1 hesabı ilə məğlub edib. O, yarımfinalda litvalı Ruta Aksionovaya heç bir şans verməyərək 8:0 hesabı ilə qalib gəlib. Qızıl medal uğrunda həmyerlimizin rəqibi Rusiya idmançısı Anna Xaritonova olub. Görüşdə 5:0 hesabı ilə qalib gələn Rusiyanın təcrübəli idmançısı birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Nəzakət Xəlilova Oyunların gümüş medalını əldə edib.

Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı İslam Qasımov mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Həmin mərhələdə soydaşımız asan qələbə qazanıb. O, Rumıniya təmsilçisi Orlando Qruianı 9:0 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə gürcüstanlı Vaxtanqi Çidraşviliyə 3:1 hesabı ilə qalib gəlib. Avropa və dünya çempionu İslam Qasımov finalda rusiyalı Aymergen Atkunova məğlub olaraq birinci Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənib.

Yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən Amil Qasımov ilk görüşdə gürcüstanlı Kaxa Mamulaşvilini 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, bolqarıstanlı Martin İvanovdan 4:3 hesabı ilə üstün olub. Finalda Belarus idmançısı Stepan Papova uduzan Amil Qasımov yarışı ikinci pillədə başa vurub.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov də yarışa uğurla başlayıb. O, dörddəbir final mərhələsində makedoniyalı Bayro Maşoviç üzərində 8:0 hesabı ilə qələbə qazanıb. İdmançımız yarımfinalda ukraynalı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Samboçumuz finalda rusiyalı rəqibi Artyom Osipenkodan üstün ola bilməyib və “Bakı-2015”i ikinci yerdə başa vurub.

Qaliblərə mükafatlar təqdim olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR