Rivaldo 43 yaşında futbola qayıtmaq eşqinə düşüb
Bizi izləyin

İdman

Rivaldo 43 yaşında futbola qayıtmaq eşqinə düşüb

Braziliyanın əfsanəvi futbolçularından hesab olunan Rivaldo futbolçu karyerasını bərpa etmək niyyətindədir.

Publika.az xəbər verir ki, 43 yaşlı dünya çempionu bu barədə "instaqram"da yazıb. O, uzun müddət fikirləşdikdən sonra belə qərara gəldiyini bildirib:

"Uzun müddət fikirləşəndən sonra "Moji-Mirin"in futbolçularına qoşulmaq barədə qərar qəbul etdim. Amma kimlərəsə elə gəlməsin ki, bu klubun rəhbəri olduğum üçün karyeramı bərpa etmişəm. Yox, artıq 15 aydır ki, peşəkar futbolla məşğul olmuram. Ancaq hiss edirəm ki, fiziki göstəricilərim qaydasındadır. Komandaya bəzi oyunlarda kömək edə bilərəm. Amma yenə də hər şeyi məşqlər göstərəcək".

Rivaldo "Moji-Mirin"in prezidentidir. Braziliyanın B seriyasında çıxış edən komanda 8 turdan sonra 3 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm