İtaliyanın 102 yaşlı klubu müflis elan olundu
Bizi izləyin

İdman

İtaliyanın 102 yaşlı klubu müflis elan olundu

İtaliyanın məşhur klublarından olan "Parma" müflis elan olunub.

Publika.az xəbər verir ki, mövsümün sonunda İtaliya A seriyasını tərk edən klub B divizionunda çıxış etməliydi. Ancaq klubun rəsmən müflis elan olunmasından sonra 102 yaşlı "Parma" D divizionunda çıxış etməli olacaq.

Klub rəhbərliyindən verilən məlumatda bildirilir ki, komanda təyin olunan müddətə qədər (22 iyun, 16:00) investor tapa bilməyib. Yaxın günlərdə rəhbərlik kreditorlarla görüşəcək.

Klubun hazırki borcu 22,6 milyon avro təşkil edir. "Parma"nın aksiyalarını satmaq üçün bir neçə dəfə auksionlar təşkil olunub. Ancaq heç kim bu aksiyaları almağa maraq göstərməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm