"Çətin döyüş oldu"
Bizi izləyin

İdman

"Çətin döyüş oldu"

"Çətin döyüş oldu. Rəqib səviyyəli idmançı idi, təzyiq göstərməyə çalışırdı. Amma çox şükür yarımfinala yüksələ bildim".


Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanı 69 kiloqram çəkidə təmsil edən boksçu Pərviz Bağırov almaniyalı Abass Baraud üzərində qazandığı qələbədən sonra deyib.


Görüşün əvvəldən çətin keçəcəyini bildiyini deyən boksçu rəqibini yaxşı tanıdığını bildirib: "Dünən rəqibi izləmişdim. Onun necə döyüşdüyünü təxmini bilirdim. Bu görüşə də ona uyğun hazırlaşmışdım".


Yarımfinaldakı rəqibi haqqında danışan təmsilçimiz qələbə qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Yarımfinalda irlandiyalı boksçu ilə qarşılaşacam. Onunla bir yerdə məşqlərdə olmuşuq. İnanıram ki, onu da məğlub edib finala vəsiqə qazanacam".


Döyüş vaxtı yüngül zədə alan Pərviz yarasının ciddi olmadığını bildirib: "Döyüş vaxtı rəqibin başı dəydi. Amma elə də ciddi zədə deyil. Ondan sonra rəqibin eyni yerə zərbələr endirməyə çalışmasını başa düşürəm. Rinqdə hər şey olur. Gələcək rəqibimə həmin yerə zərbə vurmasına imkan verməyəcəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm