• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Mariç: “Ən arzulanmazı “Qarabağ” idi”

  • İdman
  • 24 İyun 2015 06:40
  • 380 Baxış
Mariç: “Ən arzulanmazı “Qarabağ” idi”

Püşkün nəticələri məlum olan kimi rəqibimizi tanımaq üçün bütün əlaqələrimizi işə saldıq. Artıq Azərbaycan çempionunun 2 oyunundan diskləri izləmişik və lazımı qeydləri aparmışıq. Azərbaycan Kubokunun final qarşılaşmasında “Neftçi” üzərində 3:1 hesablı qələbələri ilə başa çatan görüşü izləmişik. Bundan başqa, avrokuboklardakı bir matçı izləmişik”.

Bu sözləri “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi – Monteneqronun “Rudar” klubunun baş məşqçisi Mirko Mariç futbolinfo.az saytına müsahibəsində deyib. Onun sözlərinə görə, potensial rəqiblər sırasında ən arzulanmazı “Qarabağ” idi: “Ancaq taledən qaçmaq olmaz. Bir halda ki, püşk qismətimizə Azərbaycan çempionunu seçib, deməli, meydana çıxıb, əlimizdən gələn ən yaxşısını etməliyik”.

Mariç “Qarabağ”ın baş məşqçisi haqda bu cür reaksiya verib: “Ooo! Qurban Qurbanov! Onu çox yaxşı tanıyıram. Tək mən yox, həm Serbiyada, həm də Çernoqoriyada olduqca populyar insandı. Hər oğulun işi deyildi ki, Serbiya və Çernoqoriya yığmasının qapısına 3 qol vursun. Ancaq Qurbanov bunu bacarmışdı. Ötən il Avropa Liqasının qrup mərhələsində iştirak ediblərsə, deməli, məşqçi kimi də olduqca bacarıqlı mütəxəssisdi. Belə bir məşqçiylə üz-üzə gəlmək olduqca maraqlıdı”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR