• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rusiya 100-ü keçdi

  • İdman
  • 24 İyun 2015 23:11
  • 691 Baxış
Rusiya 100-ü keçdi

Bakı-2015 I Avropa Oyunlarının XIII günündə 7 idman növü üzrə yarışlar keçirilib. Bu gün yalnız üzgüçülük və qılıncoynatmada mükafatçılar müəyyənləşib.

Publika.az xəbər verir ki, Rusiya medallarının sayını 109-a çatdırıb. Şimal qonşumuzun aktivində 51 qızıl, 31 gümüş, 27 bürünc var. Siyahıda 2-ci olan Azərbaycan 18 qızıl, 11 gümüş, 16 bürüncə sahibdir. İlk üçlükdə olan almanların hesabında isə 13 qızıl, 12 gümüş, 15 bürünc medal var. Dördüncü yerin sahibi isə Böyük Britaniyadır. Belə ki, Dumanlı Albionun aktivində 12 qızıl, 4 gümüş, 10 bürünc medal var.

Qeyd edək ki, Azərbaycanın hesabına 4 qızıl, 1 bürünc medal hələ də əlavə edilməyib. Təşkilatçılar bunu mükafatlandırılma mərasiminin təxirə salınması ilə əlaqələndiriblər.

23 iyun

Boks:

56 kq çəki dərəcəsində Tayfur Əliyev yarımfinalda rus boksçu Bəxtovar Nazirovla görüşdə məğlub olsa da, bürünc medalı təmin edib.

22 iyun

Atletika:

Kişilər arasında 3000 m məsafəyə qaçış yarışları yekunlaşıb. Azərbaycan təmsilçisi Hayle İbrahimov 7:54.14 göstərici ilə ilk pilləni tutub.

Sambo:

Nəzakət Xəlilova, İslam Qasımov, Alim Qasımov və Vasif Səfərbəyov gümüş medal qazanıb.

21 iyun

Atletika:

Kişilər arasında 1500 m məsafəyə qaçışın qalibi həmyerlimiz Hayle İbrahimov olub. O 3:49.69 saniyə nəticə ilə I Avropa Oyunlarının qızıl mükafatını qazanıb. Qadınlar arasında 3000 m maneəli qaçış üzrə qalib Azərbaycan idmançısı Beji Çaltu olub. Çaltu Avropa Oyunlarının qızıl mükafatına yiyələnib.

Gimnastika:

Həmyerlimiz İlya Qrişunin 58,765 xalla bürünc medal qazanıb. Marina Durunda isə 18,200 xal toplamaqla gümüş medala sahib çıxıb.

20 iyun

Gimnastika:

Təmsilçimiz Oleq Stepko 1 qızıl, 2 gümüş, 2 bürünc qazanıb. Stepko bir günə 5 medal qazanmaqla I Avropa Oyunlarının tarixinə keçib.

19 iyun

Taekvondo:


+80 kq çəkidə I Avropa Oyunlarının qalibi təmsilçimiz Radik İsayev olub.

18 iyun

Gimnastika:


Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarının gümüş mükafatına layiq görülüb.

Güləş:

Güləş yarışlarının son günündə Camaləddin Maqomedov, Ruslan Dibirhacıyev və Hacı Əliyev öz çəki dərəcələrində bürünc medal əldə ediblər.

Taekvondo:

Kişilər arasında 80 kq çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani qızıl, qadınlar arasında 67 kq çəki dərəcəsində Fəridə Əzizova gümüş medal qazandı.

17 iyun

Güləş:

65 kq çəki dərəcəsində Toğrul Əsgərov, 97 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Qazyumov qızıl medal qazanıb. Digər güləşçimiz 74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov isə bürünc medala yiyələnib.

Taekvando:

68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə taekvandoçularımızın 1-ci qızıl medalına sahib çıxıb.
16 iyun

Güləş:


53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela Doroqan qızıl medal qazanıb.

Avarçəkmə:

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

Taekvando:

Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal qazanıb.

15 iyun

Güləş:

Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun komanda yoldaşı 55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal əldə edə bilib.

Gimnastika:

İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri tutub.

14 iyun

Güləş:


Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.

Karate:

Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.

Triatlon:

Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını artırıb. O bürünc medalla kifayətlənməli olub.

13 iyun

Karate:

Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.

***

Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.

***

Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub edərək bürünc medalın sahibi olub.

***

Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Güləş:

Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1 hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.

***

Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş medal qazanıb.

***

Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub olub və komanda aktivinə medal yazdıra bilməyib.



***

Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc medal əldə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR