Olimpiya çempionu restoranda qab yuyur - FOTO
Bizi izləyin

İdman

Olimpiya çempionu restoranda qab yuyur - FOTO

2014-cü ildə yeniyetmələr arasında Çinin Nanjing şəhərində keçirilən Olimpiya oyunlarında İran komandasına qızıl medal qazandıran Ramin Səfəviyyə hazırda restoranda qab yuyan işləyir.

Publika.az xəbər verir ki, bu barədə çempion İSNA xəbər agentliyinə müsahibəsində deyib. O bildirib ki, Jüdo Federasiyası Nanjing Olimpiya Oyunlarından sonra ona heç bir maddi dəstək verməyib. “Onlar məni taleyimlə baş-başa buraxdılar. Hazırda dolanışıq üçün atamın işlədiyi restoranda qab yuyuram. Çünki İranın Jüdo Federasiyası mənə dedi ki, biz sənə maaş verə bilmərik, əgər istəsən, komanda məşqlərində iştirak edə bilərsən. Lakin atam bundan artıq mənə maddi dəstək verə bilmədiyi üçün işləmək məcburiyyətindəyəm. İndi restoranda qab yumaqla məşğulam”, Ramin Səfəviyyə əlavə edib

Hazırda Olimpiya çempionu maddi problemlər üzündən idmanı ataraq ayda 800 min tümən (230 dollar) maaşa restoranda qabyuyan işləyir.

Ramin əksər əhalisinin Azərbaycan Türkləri olan Qəzvin şəhərindəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm