Türkiyə futbolunda hakimiyyət dəyişmədi
Bizi izləyin

İdman

Türkiyə futbolunda hakimiyyət dəyişmədi

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən növbəti 4 ildə də bu quruma rəhbərlik edəcək.

Publika.az xəbər verir ki, buna səbəb Dəmirörənə seçkilərdə rəqib olmamasıdır. Belə ki, Haluk Ulusoy ona rəqib olsa da, seçkilərə qatılmaq üçün lazım olan 60 səs həddini keçə bilməyib.

Seçkilərə qatılmaq üçün keçirilmiş səsvermədə Dəmirörən 240, Ulusoy isə 65 səs toplayıb. Ancaq hesablama zamanı 26 nəfərin hər iki futbol funksionerinə səs verdiyi məlum olub. Belə olduğu halda, həm Dəmirörənin, həm də Ulusoyun hesabından 26 səs çıxılıb. Bu zaman hesabında 39 səs qalan Ulusoy, seçkinin əsas mərhələsinə keçə bilməyib.

Bununla da seçkilərə yeganə namizəd kimi girən Dəmirörənin TFF-yə növbəti 4 ildə də rəhbərlik edəcəyi dəqiqləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm