• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Prezident boksçumuzun qızıl medalını təqdim etdi

  • İdman
  • 25 İyun 2015 20:36
  • 327 Baxış
Prezident boksçumuzun qızıl medalını təqdim etdi

I Avropa Oyunlarında boksçumuz ilk qızıl medalını əldə edib.

Publika.az xəbər verir ki, 81 kq çəki dərəcəsində finalda italiyalı Valentino Manfredoni ilə görüşən Teymur Məmmədov rəqibinə heç bir şans verməyib. 3-0 hesablı qələbə əldə edib. Final görüşünü Prezident İlham Əliyev və Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib. Boksçumuza qızıl medalı İlham Əliyev təqdim edib. Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR