Prezident Azərbaycan - Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyib
Bizi izləyin

İdman

Prezident Azərbaycan - Türkiyə qadın voleybolçularının yarımfinal oyununu izləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri voleybol üzrə Aərbaycan yığmasının Türkiyə millisi ilə yarımfinal qarşılaşmasını izləyiblər.

Xəbər verdiyimiz kimi qarşılaşmanın birinci setində türklər qalib gəldilər: 25:21. İkinci setdə 25:23 hesabı ilə üstün olan yığmamızın üzvləri üçüncü setdə qələbəni Türkiyə voleybolçularına verdilər: 25:19. Dördüncü setdə yenidən 25:23 hesabı ilə qalib gələn voleybolçularımız taybrekdə 11:15 hesabı ilə məğlub oldular. Beləliklə, Azərbaycan millisi Avropa Oyunlarında qadın voleybolçuların yarışında üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, ilk qarşılaşmada Rumıniya millisini 3:0 hesabı ilə məğlub edən voleybolçularımız İtaliya komandasından da 3:1 hesabı ilə üstün olmuşdular. Sonra Belçika voleybolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan yığması dörddə bir finalda Hollandiya millisini də 3:0 hesabı ilə məğlub edə bilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm