Klublarımızın Avroliqadakı oyunlarının vaxtı məlum oldu
Bizi izləyin

İdman

Klublarımızın Avroliqadakı oyunlarının vaxtı məlum oldu

Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi ilk oyunların başlama vaxtı açıqlanıb.

Ölkəmiz üçün avrokuboklar mövsümünü “İnter” açacaq. İyulun 2-də səfərdə oynayacaq paytaxt təmsilçisinin “Laçi” ilə Albaniyadakı qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyun Laçi şəhərinin eyniadlı stadionunda baş tutacaq.

Avropa Liqasındakı digər iki təmsilçimiz isə Bakı vaxtı ilə saat 21:00-da meydana çıxacaq.

“Neftçi” “Bakcell Arena”da Monteneqronun “Mladost” klubunu qəbul edəcək. Tiflisdə Boris Payçadze adına “Dinamo Arena” “Qəbələ” yerli “Dinamo” ilə qarşılaşacaq.

“İnter”in albaniyalılarla cavab oyununun da vaxtı dəqiqləşib. İyulun 9-da “İnter Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm