
Çilinin futbol üzrə milli komandasının müdafiəçisi Qonsalo Xara Amerika Kuboku turnirindən kənarlaşdırılıb.
Publika.az “The Independent” nəşrinə istifadən xəbər verir ki, futbolçu turnirin 1/4 final mərhələsində Uruqvay komandası ilə keçirilən matçda barmağı ilə rəqib futbolçu Edinson Kavaniyə qarşı qeyri-etik hərəkətlər edib.
Qeyd edək ki, Xara futbol meydanında özünün qalmaqallı davranışları ilə məşhurdur. Onun bundan əvvəlki qeyri-etik davranışı da məhz Uruqvay yığması ilə oyunda qeydə alınıb. O, 2013-cü ildə rəqib komandanın hücumçusu Luis Suaresin cinsi orqanlarını əli ilə tutub. Xara sonradan Suaresin onu vurduğunu iddia edib.