Məşhur futbolçuya iki illik cəza verildi - FOTO
Bizi izləyin

İdman

Məşhur futbolçuya iki illik cəza verildi - FOTO

ABŞ-ın məşhur futbolçusu Klint Dempsi ağır cəzaya məruz qalıb.

Publika.az xəbər verir ki, “Sietl Saunders”in kapitanı 2 illik diskvalifikasiya olunub. Dempsi belə cəzaya açıq ABŞ kubokunda keçirilən “Portlend Timbers”lə oyundakı davranışına görə layiq görülüb.

16 iyunda keçirilən oyunda “Sietl” 1:3 hesabı ilə məğlub olmuşdu. Hakim komandanın iki futbolçusunu meydandan qovmuşdu. Bundan qəzəblənən Klint hakimin qeyd kitabçasını əlindən almışdı. Bu hərəkətinə görə sarı vərəqə alan futbolçu kitabçanı çırmışdı. Hakim isə ona qırmızı vərəqə göstərmişdi.

Dempsi yaxın iki ildə açıq ABŞ kubokunda 6 oyunluq cəzaya məruz qalıb. Onun komandası iki il ərzində bu turnirdə 6 oyun keçirməsə, cəzanın müddəti uzadılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm