Blatter Maradonanı məyus etdi: “İstefa verməmişəm”
Bizi izləyin

İdman

Blatter Maradonanı məyus etdi: “İstefa verməmişəm”

FİFA prezidenti Yozef Blatter ali futbol qurumunun rəhbəri postundan istefa verməyib.

Publika.az “sport-express”-ə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti özü məlumat verib.

O, bildirib ki, istefası ilə bağlı yayılan xəbərlər əsassızdır və onun yenə də rəhbər posta seçkilərdə namizədliyini vermək fikri var.

Qeyd edək ki, əslən isveçrəli olan Blatter FİFA-ya 1998-ci ildən rəhbərlik edir.

Xatırladaq ki, argentinalı futbol əfsanəsi Dieqo Maradonanın bu posta namizəd kimi çıxış edəcəyi bildirilirdi.

Maradona dəfələrlə keçmiş FİFA prezidenti Joze Blatteri korrupsiya və səriştəsizlikdə günahlandırıb və təşkilatda köklü islahatlar aparılmasınaçağırmışdı.

Xatırladaq ki, J.Blatterin bu ilin mayında 5-ci dəfə FİFA-ya prezident seçiləndən sonra iyunun 2-də istefa verdiyi bildirilirdi. Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin həbsindən 2 gün sonra baş verib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm