Şok iddia: Messi Meksika narkokartellərin çirkli pullarını yuyub
Bizi izləyin

İdman

Şok iddia: Messi Meksika narkokartellərin çirkli pullarını yuyub

İspaniyanın “Barselona” klubu və Argentina milli komandasının futbolçusu Lionel Messi Meksika narkokartellərlə əlaqdə ittiham olunub.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur idman nəşrlərindən olan “AS” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Meksika narkokartellərin nümayəndələri qadağan edilmiş maddələrin satışlarından əldə olunan pulların yuyulması üçün Lionel Messinin iştirak etdiyi yoldaşlıq matçlarından istifadə ediblər. Şahidlərdən biri danışıb ki, çirkli pulların qanuniləşməsi üçün futbol matçlarından Milenio adlı kartel istifadə edib. Xüsusi halda, təşkilatçının Messi olduğu deyilir. Onun narkotik alverçilərinin olmadığı yerlərdə biletləri satdığı iddia olunur.

Messi ən yüksək maaşlı idmançıların siyahısında dördüncü yeri tutur. Onun 2014-cü ilin iyunundan 2015-ci ilin iyun ayına qədər olan dövrdə gəliri 74 milyon dollar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm