Klublarımız Avropa Liqasında neçə futbolçuyla mübarizə aparacaq? – SİYAHI
Bizi izləyin

İdman

Klublarımız Avropa Liqasında neçə futbolçuyla mübarizə aparacaq? – SİYAHI

Azərbaycanı Avropa Liqasında təmsil edəcək futbol klubları ilkin sifariş ərizələrini UEFA-ya təqdim edib.

Publika.az xəbər verir ki, ən çox futbolçunu "Neftçi" sifariş edib. "Ağ-qaralar"ın ərizəsində 24 futbolçu göstərilib. Onlardan 7-si B siyahısındadır. "İnter" 23, "Qəbələ" 20 oyunçunu göstərib. Amma paytaxt təmsilçisinin B siyahısında 7 futbolçu yer aldığı halda, hələlik "Qəbələ" bu siyahıda heç bir oyunçunu göstərməyib.

İnter

Qapıçılar: Georgi Lomaya, Səlahət Ağayev, Elşən Poladov;

Müdafiəçilər: Xuan Fransisko Qarsia Martines, Laşa Kasradze, Denis Silva;

Yarımmüdafiəçilər: Slavço Georgiyevski, Nika Kvekveskiri, Nizami Hacıyev, Mirsayib Abbasov, Mirhüseyn Seyidov;

Hücumçular: Sezar Daniel Meza Kolli, Rauf Əliyev, Yuri Fomenko, Dieqo Madriqal.

B siyahısı

Müdafiəçilər: Taşkın Sertan, Mənsur Nəhavəndi, Abbas Hüseynov;

Yarımmüdafiəçilər: Fuad Bayramov, Elnur Süleymanov;

Hücumçular: İlkin Sadıqov, Bilal Qəmbərov;

Baş məşqçi: Zaur Svanadze.

Neftçi

Qapıçılar: Aqil Məmmədov, Ruzi Qiyaslı, Maksim Vaylo;

Müdafiəçilər: Melli, Məhəmməd Qurbanov, Əziz Quliyev, Kamal Qurbanov, Orxan Bəşirov;

Yarımmüdafiəçilər: Araz Abdullayev, Flavinyo, Erik Ramos, Rəhman Hacıyev, Kaue, Nicat Qurbanov, Elvin Bədəlov;

Hücumçular: Ruslan Qurbanov, Samir Məsimov.

B siyahısı

Müdafiəçilər: Rahil Məmmədov, Məqsəd İsayev;

Yarımmüdafiəçilər: Elşən Abdullayev, Fəhmin Muradbəyli, Kamran Nəcəfzadə, Orxan Qurbanlı;

Hücumçu: Mirabdulla Abbasov;

Baş məşqçi: Samir Əliyev.

Qəbələ

Qapıçılar: Andrey Popoviç, Dmitri Bezotosnı, Anar Nəzirov;

Müdafiəçilər: Voyislav Stankoviç, Ruslan Əmircanov, Məhəmməd Mirzəbəyov, Rikardinyo, Arif Daşdəmirov, Vitali Vernidub, Ürfan Abbasov, Rafael;

Yarımmüdafiəçilər: George Floresku, Rəşad Sadiqov, Asif Məmmədov, Cavid Hüseynov, Aleksey Qay, Samir Zərgərov;

Hücumçular: Sergey Zenyov, Dodo, Aleksey Antonov.

Baş məşqçi: Roman Qriqorçuk.

Qeyd edək ki, hər 3 klub I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "İnter" Albaniyanın "Laçi", "Neftçi" Monteneqronun "Mladost", "Qəbələ" isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə üz-üzə gələcək. Oyunlar iyulun 2-də və 9-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm