Abdulkadir Abdullayev: "Rəqibimi məğlub etməyə hazır idim"
Bizi izləyin

İdman

Abdulkadir Abdullayev: "Rəqibimi məğlub etməyə hazır idim"

"Qızıl medal qazandığıma görə çox sevinirəm". Bunu birinci Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran boksçu Abdulkadir Abdullayev deyib.

O, ukraynalı rəqibinin zədə aldığına görə rinqə çıxa bilməməsindən təəssüfləndiyini bildirib: "Rəqibimlə döyüşə hazır idim. Düzünü desəm, döyüş baş tutsaydı daha yaxşı olardı. Rəqibimi məğlub etməyə hazır idim, çünki mən bunun üçün hazırlaşmışdım".

Gələcək planları haqqında danışan A.Abdullayev bildirib ki, dünya çempionatına hazırlaşacaq.

O qələbədini valideyinlərinə və Azərbaycan xalqına həsr etdiyini bildirib: "Qələbəmi mənim üçün narahatçılıq keçirən valideyinlərimə və məni bu cür dəstəkləyən, sevən, bizimlə fəxr edən bütün Azərbaycan xalqına həsr edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm