UEFA-nın vitse-prezidenti hakimlərimizdən danışdı
Bizi izləyin

İdman

UEFA-nın vitse-prezidenti hakimlərimizdən danışdı

"Bakıya AFFA-nın Konfransında iştirak etmək üçün gəlmişəm. Burda mən UEFA-nın təmsilçisiyəm". Bu sözləri UEFA-nın vitse-prezidenti Şenes Erzik deyib.

"Bakıya AFFA-nın Konfransında iştirak etmək üçün gəlmişəm. Burda mən UEFA-nın təmsilçisiyəm". Fanat.az xəbər verir ki, bu sözləri UEFA-nın vitse-prezidenti Şenes Erzik deyib.

AFFA-nın Hesabat Konfransına qatılan qonaq azərbaycanlı hakimlərin işi ilə bağlı fikir bildirib: "Sizin hakimlərə təcrübə lazımdı. Əvvəllər bu, türkiyəli hakimlərdə də yox idi. Bu, uzun bir yoldu. Sizə tələsmək gərək deyil. 20 il qabaq bu gün Azərbaycanda olanlar yox idi".

Bakıda AVRO-2020-nin bir sıra oyunlarının keçirilməsinin mümkünlüyünə toxunan Erzik bunları deyib: "Oyunların keçirilməsini nəzərdə tutan sizin olimpiya stadionunuz hələlik tikilir. AVRO-2020-nin final mərhələsinin bir sıra oyunlarının Bakıda keçirilməsi şanslarına gəlincə, sizin də digər namizədlər kimi, şanslarınız var. Həmçinin, siz bir müddət əvvəl, 17 yaşa qədər qızlar arasında DÇ-ni qəbul etmişiniz. Ancaq şəxsən mən sizə heç nə ilə kömək edə bilmərəm. Mən UEFA-da bu işlə məşğul olmuram".

UEFA vitse-prezidentinin sözlərinə görə, o, Azərbaycanda işləyən türk məşqçilərin yerli futbola kömək olacağına inanır: "Mən bilirəm ki, Mustafa Dənizli və Güvənc Kurtar Azərbaycanda işləyir. Bu mütəxəssislər Türkiyədə az uğur qazanmayıb və Türkiyə futbolunun dirçəlməsinə kömək olublar. Əminəm ki, onlar Azərbaycanda da buna nail olacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm