Qol vuran futbolçunun əmisi sevincindən öldü - FOTO
Bizi izləyin

İdman

Qol vuran futbolçunun əmisi sevincindən öldü - FOTO

Paraqvaylı futbolçunun əmisi Braziliya ilə oynanılan matçda vurulan qola sevinən zaman ölüb.

ANS PRESS-in məlumatına görə, Paraqvay yığmasının hücumçusu Derlis Qonsalesin 44 yaşlı əmisi İrrasabal Manuel öz dostları ilə birlikdə matça baxırmış. 1:1 hesabı ilə bitən oyunda Paraqvay komandasının yeganə qolunu isə onun qardaşı oğlu vurub.

Qol vurulan zaman sevinən 44 yaşlı adam qəfildən ürək tutmasından yerə yıxılıb. Bir müddət sonra isə o, dünyasını dəyişib. Futbolçunun atası da bu məlumatı Paraqvay kütləvi informasiya vasitələrinə təsdiqləyib.



Futbolçu Derlis Qonsales də öz tvitter hesabında bu haqda yazı paylaşıb. "Niyə bu gün, əmi? Niyə infarkt? Sən niyə bizi bu gün - mənim sizə və bütün ölkəyə bu qədər xoşəxtlik bəxş etdiyim gün tərk etdin? Mən buna inana bilmirəm", - deyən Derlis Qonsalesin sevinci yarımçıq qalıb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm