
İlk Avropa Oyunları başa çatandan sonra diqqətlər yəqin ki, yenidən futbola yönələcək. Bir neçə gündən sonra yeni mövsümün startı gözlənilir.
Publika.az xəbər verir ki, klublarımız avrokuboklarda mübarizəyə başlayır. Yeni mövsümdə “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter”dən uğurlu çıxış gözləyirik.
“Neftçi” - “Mladost” (Çernoqoriya) oyununun hakimləri müəyyənləşib. Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda baş tutacaq qarşılaşmasını türkiyəli hakimlər idarə edəcək.
Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun
2 iyul
21.00 Neftçi (Azərbaycan) - Mladost (Çernoqoriya)
Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Hakan Ceylan (Türkiyə).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
Bakı. “Baksell Arena”.