“Qarabağ” Rumıniya və Rusiya nəhənglərinə qarşı
Bizi izləyin

İdman

“Qarabağ” Rumıniya və Rusiya nəhənglərinə qarşı

Avtsriyada təlim-məşq toplanışında olan “Qarabağ” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq rəqiblər də məlumdur.

Publika.az xəbər verir ki, təlim-məşq toplanışı müddətində 3 oyun baş tutacaq. İyunun 30-da "Qarabağ" Avstriya təmsilçisi "Horn"la qarşılaşacaq. İyulun 3-də rəqib Rumıniya “Styaua”sı, bundan 4 gün sonra isə Rusiya "Lokomotiv"i olacaq. İyulun 8-də isə Ağdam komandası Azərbaycana qayıdacaq.

Qeyd edək ki, "Qarabağ" iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Monteneqro "Rudar"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:30-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm