Azad Rəhimov: “Azərbaycanı çox gözəl təmsil edə bildik”
Bizi izləyin

İdman

Azad Rəhimov: “Azərbaycanı çox gözəl təmsil edə bildik”

Bu gün I Avropa Oyunlarının yekunu ilə bağlı Bakı 2015 I Avropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə Bakı 2015-in bağlanış mərasimini əks etdirən video-çarx nümayiş olunub. İlk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib ki, gələcəkdə Azərbaycanı böyük və maraqlı hadisələr gözləyir:

“Əsas məqsədimiz o idi ki, Oyunlar geniş şəkildə işıqlandırılsın. Mətbuatda maraqlı və düzgün məlumatlar çatdırılıb. Azərbaycanı sözün həqiqi mənasında çox gözəl təmsil edə bildik. Bu, idmanın, xalqın, ölkənin böyük təntənəsi idi. Komandamız misilsiz nailiyyətlər qazanaraq zirvələrə yüksəldi. Ağlımıza gəlməyən proqnozlar reallaşdı. Oyunların nəticəsinə əsasən 2-ci yerə çıxdıq. Ümumilikdə 21-i qızıl olmaqla 56 medal qazandıq. Bu gün Prezident İlham Əliyev bütün idmançıları, məşqçiləri və bizimlə birgə çalışan insanları təbrik edərək onlara yüksək mükafatlar təqdim etdi. İstərdim ki, Azərbaycan belə təntənəli tədbirlərə tez-tez ev sahibliyi etsin. Bu gün prezident xaricdən gələn və bizə kömək edən jurnalistləri də təltif etdi.

Avropa Oyunlarının keçirilməsi bizə 960 milyona başa gəldi. Oyunlardan 3 istiqamətdə gəlir əldə edilib.

Ən yüksək nailiyyət güləş, boks və karatedə oldu. Badminton, kamandan oxatma, triatlonda çıxışı uğurlu sayıram. Gimnastikanı da qeyd etmək istərdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm